Hərbçimizə hücum edən erməni təxribatçı ZƏRƏRSİZLƏŞDİRİLDİ
03 dekabr 2021 15:03 (UTC +04:00)

Hərbçimizə hücum edən erməni təxribatçı ZƏRƏRSİZLƏŞDİRİLDİ

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontinqentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4211

Oxşar yazılar