Göyçayda narkotik çəkib  maşın sürən həbs olundu - VİDEO
27 may 2026 11:49 (UTC +04:00)

Göyçayda narkotik çəkib maşın sürən həbs olundu - VİDEO

0

Göyçayda yol polisinin keçirdiyi tədbirlərlə narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb.

Lent.az xəbər verir ki, tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub. E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar