Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun kimliyi hələlik bilinmir. Məlumata görə, piyadanı vuraraq hadisə yerindən qaçan avtomobil axtarılır.
Faktla bağlı araşdırma aparılır.