Generalın 50 milyonunu  ələ keçirən kuryerlər həbs olundu
12 fevral 2024 15:51 (UTC +04:00)

Generalın 50 milyonunu ələ keçirən kuryerlər həbs olundu

0

Moskva məhkəməsi istefada olan general-mayorun təxminən 50 milyon rublunun (təxminən 935 min manat) oğurlanması ilə bağlı 4 kuryeri həbs edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın öyrəndiyi kimi, istefada olan general-mayor həyat yoldaşı ilə birlikdə fırıldaqçılara 49,9 milyon rubl göndərib. Dələduzlar zərərçəkənləri inandırıblar ki, pulları oğurlana bilər.

Polis cinayətdə şübhəli bilinən 4 nəfəri saxlayıb. Onların hamısı Moskvada kuryer işləyirmiş. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi “Dələduzluq” ilə ittiham irəli sürülüb. 

Məhkəmə cinayətkarları həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8915

Oxşar yazılar