Gəncədə QƏZA:  xəsarət alanlar var
05 fevral 2026 20:54 (UTC +04:00)

Gəncədə QƏZA: xəsarət alanlar var

1

Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Hərəkətdə olan VAZ 2107 markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 2003-cü il təvəllüdlü E.Əliyev və 2002-ci il təvəllüdlü T.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 222

Oxşar yazılar