Gəncədə FACİƏ:  ev uçdu, usta öldü -FOTOLENT  -YENİLƏNİB
07 sentyabr 2025 16:37 (UTC +04:00)

Gəncədə FACİƏ: ev uçdu, usta öldü -FOTOLENT -YENİLƏNİB

0

Gəncədə uçqun zamanı xəsarət alanların adları məlum olub

Gəncədə söküntü işləri aparılan evdə baş verən uçqun zamanı xəsarət alanların adları məlum olub.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü S.Məmmədov, 2003-cü il təvəllüdlü K.Məmmədov və 2004-cü il təvəllüdlü T.Kərimov xəsarət alıblar.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

***

15:27

 

Xəbərə fotolar əlavə edilib.

***

14:44

Gəncədə bədbəxt hadisə baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Həmin ərazidə ev söküntüsü zamanı uçqun olub. Nəticədə usta 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb.

Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilas etmə işləri gedir./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1028

Oxşar yazılar