Gəncədə 23 yaşlı gəncin boğazını kəsdilər -YENİLƏNİB
06 aprel 2025 11:27 (UTC +04:00)

Gəncədə 23 yaşlı gəncin boğazını kəsdilər-YENİLƏNİB

Bu gün saat 05:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Lent.a-zın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Boynun sol ön nahiyəsinin kəsilmiş, deşilmiş yarası, qırtlağın zədələnməsi və travmatik şok diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.

Qeyd edilib ki, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

saat 09.47

Gəncədə 23 yaşlı gənci bıçaqlayan şəxs tutulub.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 06.50

Gəncədə 23 yaşlı gənc oğlanın boğazı kəsilib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186

Oxşar yazılar