Rusiyanın Maqadan vilayətində yaşayış binasında baş verən yanğında ana və üç uşaq diri-diri yanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə bu gün Reçnaya küçəsindəki evdə baş verib. 3-cü mərtəbədə yerləşən mənzil yanıb. Evdə 33 yaşlı qadın üç uşağı ilə birlikdə olub.
“Yanğınsöndürmə zamanı 33 yaşlı qadının və 2-6 yaşlarında üç azyaşlı uşağın meyitləri aşkar edilib”, - İstintaq Komitəsi bildirib.
Müstəntiqlər cinayət işi açıblar. Hazırda hadisənin bütün şəraiti aydınlaşdırılır.