Avqustun 25-də saat 11 radələrində Gədəbəy rayonu Qalakəndkənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.