Qazaxda evin həyətindən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Daş Salahlı kəndində qeydə alınıb.
Kənd sakini, 88 yaşlı Zenfira İskəndər qızı Nəbiyevanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.