İtaliyanın Kassino şəhərində baş verən müstəsna hadisədə 24 yaşlı oğlan Milad bayramı ərəfəsində tək qalmamaq üçün çox qeyri-adi bir qərar verib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni ili tək qeyd etməmək üçün italiyalı ev dustaqlığından həbsxanaya qaçıb.
Gənc oğlan San-Domeniko həbsxanasına gedərək məmurlardan onu həbs etməyi xahiş edib. Belə qeyri-adi tələbdən çaş-baş qalan məmurlar oğlanı polisə təslim ediblər.
Təqsirləndirilən şəxs özü növbəti dəfə həbsinin bütün qanuni prosedurlara uyğun həyata keçirilməsini arzuladığını bildirib.