Ermənistanla sərhəddə TƏXRİBAT:  hərbçimiz yaralandı
10 aprel 2024 16:57 (UTC +04:00)

Ermənistanla sərhəddə TƏXRİBAT: hərbçimiz yaralandı

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4659
avatar

Oxşar yazılar