Dörd günə bank kartlarından 210 min manatdan  çox pul OĞURLANDI - SOS
11 aprel 2025 09:38 (UTC +04:00)

Dörd günə bank kartlarından 210 min manatdan çox pul OĞURLANDI - SOS

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 15650, 2000, 1400, 1020, 1000, 999, 995, 680, 470, 400, 150, 100 manat olmaqla ümumilikdə 24 min 864 manat pul vəsaiti bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Qeyd edək ki, aprelin 7-də vətəndaşların bank kartlarından 67 min, aprelin 8-də 87 min və aprelin 9-da isə 40 min manata yaxın pul oğurlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar