Bir günə bank kartlarından 87 min manat  oğurlandı
09 aprel 2025 10:03 (UTC +04:00)

Bir günə bank kartlarından 87 min manat oğurlandı

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. 

Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Qeyd edək ki, aprelin 7-də kiberdələduzlar tərəfindən vətəndaşların bank kartlarından 67 min manata yaxın pul talanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar