Çirkli pulların yuyulması ilə bağlı həbs edilən Dilan Polatın ünvanına bir fenomen təhqiredici mesajlar göndərdiyi üçün şikayət edib. Prokurorluq Dilan Polatın ard-arda “qadınları təhdid etmə” və “təhqir” cinayətlərinə görə 7 ilə qədər həbs cəzası tələbi ilə məhkəməyə verib.
“Çirkli pulların yuyulması” və “vergidən yayınma” daxil olmaqla 4 ayrı ittihamla saxlanılan sosial media fenomeni Dilan Polata qarşı yeni iddia qaldırılıb.
Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, Dilan Polat A. A. adlı fenomen ilə məhkəməlik olub.
İşin mövzusu olan sözügedən hadisə 2023-cü il iyulun 24-də baş verib. A.A və Dilan Polat sosial şəbəkədə mübahisə edib. Mübahisədən sonra A.A.ya mesaj göndərən Polat təhqiramiz sözlər yazıb.
Mesajların görüntülərini alan A.A. vəkili vasitəsilə Polatdan şikayət edib. İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən ifadəsi alınan Polat, "Sözügedən mesajları göndərdiyimi xatırlamıram" deyib.
Prokurorluq cinayətin kompromis çərçivəsində qaldığını və tərəflərin işinin vasitəçiyə verildiyini bildirib. Lakin onlar barışa bilməyiblər.
Prokurorlar Dilan Polata qarşı “qadınlara qarşı təhdid” və “təhqir” cinayətlərinə görə 7 ilə qədər həbs tələbi ilə iddia qaldırıb.