Dərbənddə silahlılarla toqquşma davam edir, polis rəisi həlak oldu -YENİLƏNİB  3
23 iyun 2024 23:34 (UTC +04:00)

Dərbənddə silahlılarla toqquşma davam edir, polis rəisi həlak oldu -YENİLƏNİB 3

Dərbənddə silahlılarla toqquşma davam edir.

Lent.az xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhərdə terrorçularla silahlı toqquşma davam edir, köməyə gələn "Dagestanskie Oqni" rayonunun polis idarəsinin rəisi həlak olub.

Qeyd edək ki, Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.

Nəticədə 7-si polis olmaqla, 9 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.

Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.

***

21:30

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

***

20:51

Dərbənddə kilsəyə hücum zamanı bir keşiş və kilsə mühafizəçisi həlak olub.

Lent.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Qeyd edək ki, Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa hücum ediblər.

***

20:13

Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa hücum edib.

Lent.az-ın verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 18.00-da baş verib. İlkin məlumata görə, bir polis əməkdaşı ölüb, biri yaralanıb.

Şübhəlilərin hadisə yerindən qaçdığı “Volkswagen Polo” markalı avtomobil axtarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4185
avatar

Oxşar yazılar