Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir
28 iyun 2024 05:25 (UTC +04:00)

Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

Alimlər hava limanları yaxınlığında yaşayışın təhlükəsi barədə məlumat veriblər.

Lent.az xəbər verir ki, onların fikrincə bu, diabet, demensiya və ya yüksək qan təzyiqi kimi xəstəliklərin inkişaf ehtimalını artırır.

“Politico” nəşri bu barədə iyunun 27-də Nəqliyyat və Ətraf Mühit təşkilatının araşdırmasına istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, alimlər hava limanına yaxın yaşamağın sağlamlığa təsirini incə hissəciklər və reaktiv yanacaq elementləri ilə əlaqələndirirlər.

Bu, xəstəliklər ultra incə hissəciklərin yayılması ilə əlaqədardır. Onlar hava limanları ətrafında bir neçə on kilometr məsafədə havada olurlar.

Ümumdünya Səhiyyə Təşkilatının 15 il əvvəl ultra incə hissəciklərin insanlara mümkün zərərləri barədə xəbərdarlıq etməsinə baxmayaraq, onların havaya buraxılması hazırda heç bir şəkildə tənzimlənmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3438
avatar

Oxşar yazılar