Lerik rayonunda  güclü zəlzələ  oldu
28 iyun 2024 08:42 (UTC +04:00)

Lerik rayonunda güclü zəlzələ oldu

28 iyun 2024-cü il tarixində, yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınmışdır.

Bununla bağlı Lent.az-a AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilmişdir.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunmuşdur.

Zəlzələ ocağının dərinliyi 18 km-dir.

***

07:54

Lənkəranda zəlzələ oldu.

Lent.az-ın verdiyi məlumata görə yerli saatla 07:44 radələrində Lənkəranda zəlzələ baş verib.

Zəlzələnin gücü təqribən 4,6 bal arasında hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5181
avatar

Oxşar yazılar