Rusiyada deputatlığa namizədin meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, meyit Moskvanın cənub-qərbində çoxmərtəbəli binanın pəncərələrinin altında aşkarlanıb.
Məlumata görə, mərhum Kommunist Partiyasından Ulyanovsk vilayətinin deputatlığına namizədi Oleq Nikolayevdir.
Məlumata görə, 37 yaşlı kişi Vernadski prospektindəki binalardan birində kirayədə qalıb. Polis onun yaşadığı mənzildən sakitləşdirici həblər tapıb.
Məlum olduğu kimi, 2019-cu ildə Nikolayev Ulyanovsk vilayətinin İşeevka şəhər qəsəbəsinin deputatı olmağa çalışsa da, lazımi sayda səs toplaya bilməyib.