Daşkəsəndə çətin relyef şəraitində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin Məmmədov saxlanılıb. Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.
Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc müqabilində əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.