Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1961-ci il təvəllüdlü Məmmədov Nizam Cəlil oğlu ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.