Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil olub. Keçirilən tədbirlərlə oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev saxlanılıb. Onun zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E. Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini kanal kənarından tapdığı "RPQ" markalı qumbaraatanı polisə təhvil verib.