Bərdədəki TikTok davasının  görüntüləri - YENİLƏNİB
14 aprel 2025 15:20 (UTC +04:00)

Bərdədəki TikTok davasının görüntüləri - YENİLƏNİB

Bərdədəki TikTok davasının görüntüləri yayılıb.

Lent.az həmin görüntüləri təqdim edir: 

Aprelin 12-də 33 yaşlı Tünzalə Hüseynova "TikTok" sosial platformasında yaranmış mübahisə zəminində Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.

Lent.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, cinayət hadisəsini törətməzdən əvvəl Tünzalə Hüseynova aprelin 4-də Ceyhun Zeynalov barəsində polisə müraciət edib.

Buna səbəb isə Ceyhun Zeynalovun Tünzalə Hüseynovanın işlədiyi gözəllik salonuna gələrək ona və dayısı qızı Rəqsanə Əhmədovaya hücum etməsi olub. Ceyhun Zeynalov Rəqsanə Əhmədovanı döyüb, Tünzalə Hüseynovanın isə telefonunu sındırıb.

Bütün bu hadisələr anbaan kamera görüntüsünə yansıyıb.

Tünzalə Hüseynova aparılan araşdırmanın nəticəsini gözləmədən Ceyhun Zeynalov ilə görüşərək, bıçaqla xəsarət yetirib.

Hadisədən sonra Tünzalə Hüseynova saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***

12 aprel, saat 22:08

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tünzalə Hüseynova  saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***
21:07

Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.

Lent.az xəbər verir ki, 33 yaşlı Tünzalə Hüseynova "TikTok" sosial platformasında yaranmış mübahisə zəminində 33 yaşlı Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tünzalə Hüseynova saxlanılıb.

Məlumata görə, xəsarət alan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3182

Oxşar yazılar