Bakıda yük avtomobili piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu, Yeni Yasamal ərazisində kənar dairəvi yolda baş verib.
Məmmədov Qurban Məhərrəm oğlu idarə etdiyi “Mercedes Ateco” markalı avtomobillə yolu keçən piyada Həsənov Məhəbbət Əkrəm oğlunu vurub. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb.