Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb.
Yataqxana binası yanğından mühafizə olunub.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.