Uşaq evində qollarını doğrayıb qaçan qız saxlanılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a bildirib ki, Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan, 16 yaşlı qız M.A-nın (ad soyad şərtidir) oradan qaçması və özünə xəsarət yetirməsi ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan M.A Binə qəsəbəsində tapılıb və uşaq evinə qaytarılıb.
İlkin müayinə zamanı, onun qol nahiyyəsində xəsarətlər aşkar edilib.
Araşdırmalar davam etdirilir.
***
Saat 14:31
Bakıda uşaq evində intihara cəhd olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.
Orada qalan, 16 yaşlı qız M.A. (ad şərtidir) qollarını doğrayıb.
Uşaq evinin rəhbərliyi dərhal yeniyetməyə ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.
Təcili yardım briqadası və polis uşaq evinə gələndə yeniyetmə qız oradan qaçıb.
Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.