Bakıda "tekila" və viskilər  saxta çıxdı
16 aprel 2025 17:25 (UTC +04:00)

Bakıda "tekila" və viskilər saxta çıxdı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qaraqurbanlı Rəşad Xanlar oğluna məxsus “Pub 008” ictimai iaşə obyektində yoxlama keçirib.

AQTA-dan Lent.az-a verilən xəbərə görə, baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Jack Daniel`s” əmtəə nişanlı viski aşkarlanıb. 

İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki “LOT” kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib. 

Faktla bağlı inzibati icraata başlanıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09