Bakıda QƏZA:  Yolu keçən piyada öldü
22 avqust 2023 11:26 (UTC +04:00)

Bakıda QƏZA: Yolu keçən piyada öldü

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Belə ki, 1947-ci il təvəllüdlü Qədirov Mübariz Nəsir oğlu idarə etdiyi “Kia” markalı avtomobil ilə rayonun M.Əliyev küçəsində yerləşən “Böyüksaray” şadlıq sarayının qarşısında hərəkətdə olarkən yolu keçən piyada Türkiyə Respublikası vətəndaşı Natalya Arm Vilademir qızını vurub. Piyada hadisə nəticəsində yerindəcə ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1821
avatar

Arzu Qurbanlı

Oxşar yazılar