Bakıda  qadın   pensiyasını artırmaq istəyənlərin başına OYUN AÇDI
03 noyabr 2023 18:34 (UTC +04:00)

Bakıda qadın pensiyasını artırmaq istəyənlərin başına OYUN AÇDI

Bakıda qadın dələduzluqda ittiham olunur.

Lent.az-ın məlumatına görə, İ. Əhmədova dələduzluqda təqsirli bilinir. Belə ki, zərərçəkmiş ondan təqaüdünün yenidən hesablanması və artırılması üçün kömək istəyib. Qadın da onun bu istəyini yerinə yetirəcəyini bildirib. Bu məqsədlə zərərçəkən qadından 15 min manat məbləğində pul alıb.

Həmçinin ittihama görə, İ. Əhmədova iki uşağına sosial müavinət düzəltmək istəyən qadının da 910 manat pulunu ələ keçirib. Ancaq təqsirləndirilən şəxs heç bir vədini yerinə yetirməyib və aldığı pulları da geri qaytarmayıb. Nəticədə zərərçəkənlər hüquq-mühafizə orqanlarına üz tutublar. İ. Əhmədovaya Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi açılıb. Hazırda iş üzrə Nərimanov rayon Məhkəməsində istintaq davam edir.

Bundan əlavə, məlum olub ki, İ. Əhmədova əvvəllər də Xəzər rayonu ərazisində təqaüdlərini artırmaq istəyənlərə kömək etmək adı ilə təxminən 20-yə yaxın adamın 100 min manata qədər pulunu alıb. Bu əməlinə görə, təqsirləndirilən şəxs barəsində Xəzər rayon Məhkəməsi həbs qərarı çıxarıb. Onun hazırda həbsdə olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7299

Oxşar yazılar