Bakıda qadın kişi ilə birləşib marketləri TALADI
22 mart 2025 16:29 (UTC +04:00)

Bakıda qadın kişi ilə birləşib marketləri TALADI

Binəqədi və Səbail rayonlarında marketlərdən silsilə oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilən tədbirlərlə əməli törədən 31 yaşlı N.Mulakin və bir qadın müəyyən olunaraq saxlanılıblar.

Binəqədi rayonu ərazisində daha bir oğurluq hadisəsi isə Ə.Naxçıvanski küçəsində qeydə alınıb. Bir nəfərin içərisində sənədlər və bank kartları olan çantasını oğurlayan 23 yaşlı daha bir qadın tutulub.

Paytaxtın Qaradağ rayonunda isə evlərin birindən 625 manatlıq naqil oğurlayan əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964

Oxşar yazılar