Bakı sakini olan S.Nəbiyeva Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək Binə qəsəbəsində yaşayan qohumu 51 yaşlı Nəbiyeva Məsumə Ağaməmməd qızının mayın 4-də evdən çıxıb və bir daha geri qayıtmadığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəkildə gördüyünüz şəxsin yeri barədə məlumatı olanlardan həmin Polis Şöbəsinə, 055-218-11-88, 050-717-07-67, 050-222-82-80 və (012) 456-03-02, (012) 590-72-03 telefon nömrələri, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Məsumə Nəbiyeva