Bakıda "Nissan"ı qaçırıb "Toyota"ya çırpdılar
12 oktyabr 2024 13:06 (UTC +04:00)

Bakıda "Nissan"ı qaçırıb "Toyota"ya çırpdılar

Bakıda qaçırılan avtomobillə qəza törədilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 10-da axşam saatlarında Yeni Günəşli qəsəbəsi ərazisindən “Nissan” markalı avtomobili qaçırılıb və yol kənarında dayanmış “Toyota” markalı avtomobilə vurulub.

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı R.Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar