Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu
12 aprel 2025 16:41 (UTC +04:00)

Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

Bakıda narkotikin təsirində olan taksi sürücüsü həbs olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar

Naxçıvan-Sədərək magistralında QƏZA:  5 nəfər yaralandı

Naxçıvan-Sədərək magistralında QƏZA: 5 nəfər yaralandı

12 aprel 2025 , 21:52
Bakıda maşın işıqforu vurub aşırdı

Bakıda maşın işıqforu vurub aşırdı

12 aprel 2025 , 21:31
Lənkəranda antibiotik iynəsi vurduran  operator öldü

Lənkəranda antibiotik iynəsi vurduran operator öldü

12 aprel 2025 , 21:24
TikTok-da  mübahisə etdiyi şəxsi bıçaqladı - Bərdədə şok olay

TikTok-da mübahisə etdiyi şəxsi bıçaqladı - Bərdədə şok olay

12 aprel 2025 , 21:07
Abşeronda biznesmen özünü asdı

Abşeronda biznesmen özünü asdı

12 aprel 2025 , 19:20
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

12 aprel 2025 , 17:35
Şamaxıda zəlzələ   oldu

Şamaxıda zəlzələ oldu

12 aprel 2025 , 16:04