2022-ci ildə Bakıda 269 piyadavurma hadisəsi olub.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, piyadavurma faktlarında 134 nəfər ölüb, 153 nəfər yaralanıb.
Ümumilikdə isə piyadavurma qəzaları 2021-ci illə müqayisədə 41 fakt azalıb.