Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya isitnadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 56 yaşlı Abdullayev Rüstəm Sərdar oğlu yolu keçərkən onu minik avtomobili vurub .
Yaralı kürək sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.