Bakıda marketlərin qapısını qırıb qarət edən TUTULDU
08 yanvar 2026 16:19 (UTC +04:00)

Bakıda marketlərin qapısını qırıb qarət edən TUTULDU

1

Bakının Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.

Lent.az xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində yerləşən 4 marketi talayıb.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı N.Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında marketlərin qapılarını sındıraraq içəri daxil olduğu və obyektlərdən nağd pul, tütün, eləcə də digər məhsulları taladığı məlum olub.
 
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1131

Oxşar yazılar