Paytaxtın Sabunçu rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında marketlərdən birinə daxil olaraq əvvəlcə orada satıcı işləyən şəxsə zor tətbiq edib, sonra isə 700 manat dəyərində tütün məmulatını oğurlayaraq hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş N.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.