Aksiz markasız siqaretlər
28 dekabr 2021 16:28 (UTC +04:00)

Aksiz markasız siqaretlər

Bakıda külli miqdarda siqaret müsadirə olundu - VİDEO

0

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köşkdə toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil edilməklə realizə olunması barədə məlumat daxil olub.

Dərhal yaradılmış əməliyyat qrupu əməliyyat-axtarış tədbirləri keçirib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda köşkdən aksiz markasız siqaretlər aşkarlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1811

Oxşar yazılar