Bakıda itkin düşən yeniyetmə valideynlərini belə aldatdı -  YENİLƏNİB
10 fevral 2022 16:09 (UTC +04:00)

Bakıda itkin düşən yeniyetmə valideynlərini belə aldatdı - YENİLƏNİB

"Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb".

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə, “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddilar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib. 

Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlətdiyi yerdən aşkarlanıb.

Qeyd edək ki, ötən gün hazırlığa getmək adı ilə evdən çıxaraq itkin düşən 15 yaşlı Qəhrəmanov Murad Azər oğlunun yaxınları sosial şəbəkədə məlumat yayaraq, onun yaşadıqları məhəlləyə gəldiyini bildiriblər Onların sözlərinə görə, 30-35 yaşlarında naməlum 3 nəfər M. Qəhrəmanovu avtomobillə qəbiristanlığa apararaq, orada döyüblər.

***

Saat: 09:20

Bakıda yeniyetmə itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu fevralın 9-u saat 16 radələrində hazırlığa getmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıb.

Məlumata görə, M. Qəhrəmanovun telefonuna zəng çatmır və "Whatsapp"ı isə  tamamilə silinib.

Fotosunu təqdim etdiyimiz şəxsi görənlərdən yaxınlıqdakı polis orqanına məlumat vermələri xahiş olunur.

Qəhrəmanov Murad Azər oğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4980
avatar

Mehman Nəbiyev

Oxşar yazılar