İlon Mask qərar verdi: Şirkətin adı dəyişəcək
05 oktyabr 2026 05:27 (UTC +04:00)

İlon Mask qərar verdi: Şirkətin adı dəyişəcək

0

“SpaceX” şirkətinin rəhbəri İlon Mask şirkətin süni intellekt bölməsinin adını “SpaceXAI”dan “SpaceXSI”a dəyişəcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında məlumat verib.

Ad dəyişikliyi ABŞ Prezidenti Donald Trampın “artificial intelligence” (“süni intellekt”) ifadəsinin əvəzinə “super intelligence” (“super intellekt”) terminindən istifadə edilməsini təşviq etməsindən sonra gündəmə gəlib.

Beləliklə, “SpaceXSI” adındakı “SI” abreviaturası “super intelligence” ifadəsinə uyğunlaşdırılıb.

Mask yeni adın rəsmi olaraq nə vaxt tətbiq olunacağını açıqlamayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar