Bakıda körpə faciəvi şəkildə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi, Südçülük sovxozunda baş verib. 2 yaşlı Əliyev Etibar Oruc oğlunun nəfəs borusunda qoz ləpəsi qalıb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.