Bakıda evlərdən oğurluq edənlər saxlanıldı
24 mart 2025 15:51 (UTC +04:00)

Bakıda evlərdən oğurluq edənlər saxlanıldı

Paytaxtın Nəsimi və Qaradağ rayonlarında yerləşən 2 evdən 3900 manat pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı N.Məhərrəmli və 26 yaşlı Q.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Nizami rayonu ərazisində 2 şəxsin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən 47 yaşlı R.İsmayılovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar