Bakıda evdən qızla oğlanın meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən evlərdən birində 37 yaşlı Ə. Ə. və 25-30 yaşlarında qızın meyiti hamam otağında aşkarlanıb.
Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.