Bakıda “BMW” və "Hyundai" toqquşdu , xəsarət alanlar var
15 aprel 2024 02:18 (UTC +04:00)

Bakıda “BMW” və "Hyundai" toqquşdu, xəsarət alanlar var

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

“BMW” markalı avtomobili idarə edən sürücü ara məsafəsini gözləmədiyi üçün nəqliyyat vasitəsini kəsişmədə olan “Hyundai” markalı maşına çırpıb.

Zərbə güclü olduğundan “BMW”də olan sərnişin xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

# 1536
avatar

Oxşar yazılar