Bakıda bacılar seyfi oğurladı:  biri 6 maşın aldı, biri estetik əməliyyat etdirdi - VİDEO
13 iyun 2024 15:20 (UTC +04:00)

Bakıda bacılar seyfi oğurladı: biri 6 maşın aldı, biri estetik əməliyyat etdirdi - VİDEO

Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.

Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib.

Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb. Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib.

Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10077
avatar

Oxşar yazılar

Sel kəndə gedən yolu belə bağladı-VİDEO

Sel kəndə gedən yolu belə bağladı-VİDEO

21 iyun 2024 , 21:48
Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

21 iyun 2024 , 20:27
Kərim Kərimov  özünü ASDI

Kərim Kərimov özünü ASDI

21 iyun 2024 , 19:31
Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

21 iyun 2024 , 19:26
Qubada  çay daşdı,   evlərə ziyan dəydi

Qubada çay daşdı, evlərə ziyan dəydi

21 iyun 2024 , 19:10
Ağdaşda FACİƏ:   azyaşlı kanalda boğuldu

Ağdaşda FACİƏ: azyaşlı kanalda boğuldu

21 iyun 2024 , 18:59
Şəkidə uşaq bağçasında 105 min manatlıq  mənimsəmə

Şəkidə uşaq bağçasında 105 min manatlıq mənimsəmə

21 iyun 2024 , 17:07
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

21 iyun 2024 , 17:04