Bakıda azyaşlıya təcavüz etdiyi deyilən qoca saxlanıldı - YENİLƏNİB
03 oktyabr 2023 14:50 (UTC +04:00)

Bakıda azyaşlıya təcavüz etdiyi deyilən qoca saxlanıldı - YENİLƏNİB

Xətai rayonu ərazisində 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı polisə müraciət daxil olub. 

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb.

O, izahatında azyaşlının idman qurğusu olan turnikdən asılı vəziyyətdə olduğunu görüb və onun oradan yalnız düşməsinə kömək etdiyini bildirib. Uşağın valideyni övladına qarşı heç bir fiziki zor və əxlaqsız hərəkətlər edilmədiyindən ilkin verdiyi ərizə ilə bağlı şikayət və tələbinin olmadığını bildirib.

Faktla bağlı hazırda araşdırmalar davam etdirilir.

***
Saat: 13:47

Bakıda azyaşlı qıza təcavüz edilib.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən 263 saylı orta məktəbin yaxınlığında baş verib. İddiaya görə, yaşlı kişi 10 yaşlı qıza təcavüz edib.

O, polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Lent.az-a hadisədən məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

# 8214
avatar

Mehman Nəbiyev

Oxşar yazılar