Bakıda "avtoş"luq edən motosikletçi qız  həbs olundu - VİDEO
12 avqust 2025 15:27 (UTC +04:00)

Bakıda "avtoş"luq edən motosikletçi qız həbs olundu - VİDEO

Bakıda motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakı Şəhər DYP İdarəsindən Lent.az-a verilən xəbərə görə, keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Bağırlı Fidan Cəfər qızı saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Bağırlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar