Bakıda avtobusda  qadın qarət olundu
13 iyun 2024 13:55 (UTC +04:00)

Bakıda avtobusda qadın qarət olundu

Bakıda marşrut avtobusunda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində ictimai nəqliyyatda bir qadının çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Səlimov saxlanılıb.

Həmçinin Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Bədəlov ələ keçirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar