Bakıda 9 evdən oğurluq  edən tutuldu
25 fevral 2026 14:39 (UTC +04:00)

Bakıda 9 evdən oğurluq edən tutuldu

0

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar