Bakı-Sumqayıt yolundakı piyada keçidini kəsib oğurlamaq istədilər
02 dekabr 2022 11:59 (UTC +04:00)

Bakı-Sumqayıt yolundakı piyada keçidini kəsib oğurlamaq istədilər

Bakı-Sumqayıt yolundakı piyada keçidindən oğurluğa cəhd olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 1-də saat 22 radələrində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Füzuli rayon sakini Adəm Şükürov və Şirvan şəhər sakini Məhərrəm Səfərov olmaları məlum olub.

Saxlanılanlar Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Oxşar yazılar